Azərbaycan Premyer Liqası: meydançaya liderlər çıxır

Azərbaycan Premyer Liqası: meydançaya liderlər çıxır
09:18 13 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Qəbələdə oynanılacaq. Çempionatın liderlərindən biri olan "Qəbələ" öz meydançasında Bakının “Neftçi” klubunu qəbul edəcək. Oyun saat 15:30-da başlayacaq.
Turun son qarşılaşmasında isə lider "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.
Xatırladaq ki, hazırda "Qarabağ" 35 xalla turnir cədvəlinə başçılıq edir. "Qəbələ" 27 xalla ikinci, "Zirə" isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Premyer_Liqasi_meydanchaya_liderler_chixir-910870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR