Türkiyədən Orta Asiyaya hərəkət edən yük maşınları üçün Xəzər üzərindən marşrutda əlverişli şərait yaradılıb

Türkiyədən Orta Asiyaya hərəkət edən yük maşınları üçün Xəzər üzərindən marşrutda əlverişli şərait yaradılıb
18:38 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyədən Orta Asiyaya hərəkət edən yük maşınları üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması AXDG-nin daim diqqət mərkəzindədir.

Türkiyədən Orta Asiya, xüsusilə də Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarının icrası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) tərəfindən ciddi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinə daxil olan AXDG Azərbaycan ərazisindən tranzitlə keçən yüklər üçün bir pəncərə sisteminin yaradılması, vahid və endirimli yükdaşıma tariflərinin tətbiq edilməsi və keçid prosedurlarının sadələşdirilməsi istiqamətində müvafiq qurumlar ilə birgə işləyir. Bu barədə Trend QSC-nin saytına istinadən məlumat verir.

Yük maşınlarının daha tez və vaxtında daşınması məqsədi ilə, AXDG Bakı-Aktau istiqamətində bərələrin mütəmadi səfər qrafikini təsdiq etmişdir.Qeyd etmək lazımdır ki, həftədə 2 reys nəzərdə tutulmasına baxmayaraq, limanda yığılmış yük maşınlarının sayını nəzərə alaraq, AXDG , Ələt limanından Aktau istiqamətinə bərələrin növbədənkənar reyslərini də təşkil etmişdir. Aşağıdakı cədvəldə 1 dekabr 2015-ci il tarixindən bu günə kimi Ələt-Aktau istiqamətində yola salınmış bərələr haqqında məlumat təqdim edilmişdir:

Tarix

İstiqamət

Gəmi

Limanda olan yük maşınlarının sayı

Gəmiyə yüklənmiş maşınların sayı

Qeyd

1-dekabr-2015

Ələt-Aktau

Akademik Zərifə Əliyeva

14

11

2-dekabr-2015

Ələt-Aktau

Akademik Həsən Əliyev

3

2

4-dekabr-2015

Ələt-Aktau

Şahdağ

18

10

4 dekabr tarixindən hava şəraiti kəskin pisləşmiş və Xəzərdə güclü qasırğa olmuşdur.

5-dekabr-2015

Ələt-Aktau

Azərbaycan

24

2

8-dekabr-2015

Ələt-Aktau

Naxçıvan

96

34

9-dekabr-2015

Ələt-Aktau

Akademik Həsən Əliyev

110

33

12-dekabr-2015

Ələt-Aktau

Akademik Zərifə Əliyeva

206

13

13-dekabr-2015

Ələt-Aktau

Azərbaycan

196

33

Bərdə

12

Akademik Həsən Əliyev

Reys planlaşdırlır

Qeyd edək ki, 4 dekabr 2015-ci il tarixində Xəzərdə son 10 il ərzində olmayan ən güclü qasırğa baş vermişdir ki, bu da bərələrin hərəkət qrafikinə çox ciddi təsir etmişdir. Belə ki, son günlərdə bərələrin ardıcıl olaraq Aktau limanına yola salınmasına baxmayaraq, 6-9 dekabr tarixlərində 4 ədəd bərə Aktau limanına gəlmiş, lakin hava şəraitinin kəskin olması səbəbindən Aktau limanı qapalı elan olunmuş və bərələr körpüyə yan ala bilməyərək, lövbərdə havanın düzəlməsini gözləməli olmuşlar. Təbiidir ki, qeyd olunan hal, bu müddət ərzində limanda yeni yük maşınlarının toplanmasına səbəb olmuşdur. Lakin, Türkiyəyə məxsus yük maşınlarının vaxtında və təhlükəsiz daşınması AXDG üçün ən mühüm məsələlədən biri olduğunu nəzərə alaraq, hava şəraitinin düzəlməsi ilə bərələrin yenidən təyin olunmuş qrafik ilə hərəkət etməsi təmin olunur. Onu da vurğulamaq lazımdır ki, Aktau limanında bərələr üçün 1 ədəd yanalma körpüsünün olması və bu körpünün qasırğa və yüksək dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirmişdir. Hal-hazırda AXDG-nin iki bərəsinin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyir.

Bundan əlavə qeyd etmək istərdik ki, yük maşınlarının daşınmasına daimi nəzarəti təmin etmək məqsədi ilə, AXDG-də xüsusi işçi qrupu yaradılmışdır və qaynar xətt ayrılmışdır. Daxil olan zənglərdə tariflər, daşıma müddəti və bərələr haqqında suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılır. Eyni zamanda, işçi qrupunun nümayəndələri mütəmadi olaraq, Ələt limanına baş çəkirlər, yük maşınlarının sürücüləri ilə ünsiyyətdə olurlar və onları narahat edən məsələləri mümkün qədər qısa müddətdə həll edirlər. Belə ki, limana girişdən öncə kassa yerləşdirilmiş və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılmışdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR