İki ölkə arasında "Güllə qatarı"

İki ölkə arasında "Güllə qatarı"
05:21 14 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Hindistan höküməti ölkənin köhnəlmiş dəmiryolu sistemini müasirləşdirmək məqsədilə Yaponiya hökümətindən yüksək-sürətli ekspres qatarları alacaq.

ANS PRESS-in məlumatına görə, irimiqyaslı razılaşma barədə ölkənin baş naziri Narendra Modi bəyanat verib.

Tikiləcək yüksəksürətli dəmiryolu xətti Mumbayla Əhmədabad şəhərlərini birləşdirəcək və sərnişin daşıma vaxtını 8 saatdan 2 saata qədər qısaldacaq.

İkitərəfli müqavilə Yaponiya baş naziri Şinzo Abenin 3 günlük səfəri çərçivəsində Dehlidə aparılan danışıqlardan sonra bağlanıb.

“Güllə qatarı” adlandırılan yüksəksürətli - ekspress dəmiryolu texnologiyasının Hindistanda tətbiqinə, o cümlədən dəmiryolu xəttlərinin salınması və yeni qatarların alınmasına görə büdcədən 14.7 milyard dollar vəsait ayrılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR