Tələbələr uçan maşın (VİDEO)

Tələbələr uçan maşın (VİDEO)
07:01 14 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Sinqapur Milli Universitetində mühəndislik üzrə ali təhsil alan 8 tələbə, dronu nəqliyyat vasitəsinə çevirməklə faktiki olaraq uçan maşın yaradıb.

ANS PRESS-in məlumatına görə, bu ixtiraya tədqiqat qrupu “Snowstorm” yəni “Çovğun” adını verib. Yerli qanunvericiliyə uyğun olaraq, uçan maşının prototipinin nümayişi qapalı məkanda baş tutub.

Layihə tələbə Corc Veyqlın beyin məhsuludur, o, “Snowstorm”-la insanların uçmaq arzularını gerçəkləşdirməyə çalışdığını bildirir. Tədqiqatçı tələbənin dediyinə görə, təyyarədən fərqli olaraq bu multi-kopter insanda həqiqi uçuş təəsüratı yaradır və onu istifadəçi birbaşa ya da məsafəli-simsiz şəkildə idarəedə bilir.

Hazırkı prototipin yükgötürmə qabiliyyəti 70 kiloqrama qədərdir, və istifadəçi onu yalnız 5 dəqiqə ərzində idarə edə bilir.

Tədqiqatçılar onun tətbiqini daha səmərəli etmək üçün “Snowstorm” təkmilləşdirməyə davam edir. Növbəti mərhələdə tədqiqat qrupu pilot üçün daha sadə və stabil idarəetmə, mexaniki baxımdan isə uçan maşını daha sabit quruluşla təmin etməyi qarşıya məqsəd qoyub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR