"Kimsə dostluq, kimsə də sevgili olmaq təklifləri edir"

"Kimsə dostluq, kimsə də sevgili olmaq təklifləri edir"
14:32 14 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı Zemfira Adıgözəlova rejissor Nail Naiboğlunin "Stop" layihəsinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, ilk dəfə həyat yoldaşı ilə bağlı açıqlamalar edib. 

Z.Adıgözəlova "Hər zaman açıq-saçıq obrazda qələmə verilmisiniz. Buna həyat yoldaşınız necə yanaşır" sualına belə cavab verib:

"Obrazımla bağlı mənə heç kim stop demir. Efirdi, işıqlar sönəndən sonra mən evimin xanımı oluram. Heç o qadağanı qəbul da edə bilməzdim. Mən evdə tam başqayam. Yemək də bişirirəm, sabaha hazırlıq da edirəm. Həyat yoldaşımla eyni universitetdə təhsil almışdıq. O, məndən bir kurs yuxarı oxuyurdu. Orada tanış olduq, evləndik".

Z.Adıgözəlova güclü cinsin nümayəndələrindən aldığı təklifləri də etiraf edib:

"Səhnəyə çıxan insanı kənardan bəyənmək normaldır. Kimsə dostluq, kimsə də sevgili olmaq təklifləri edir. Niyə rola girib, yalandan deyim ki, "Yox mənə belə təklif gəlmir". "Seksual Zemfira" adını qazanmışam. İndi bu adı qazanmaq üçün başqaları özlərinə əl qatır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR