Bu il dünyada 128 jurnalist həlak olub

Bu il dünyada 128 jurnalist həlak olub
17:28 14 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
2015-ci ildə dünyanın 31 ölkəsində 128 jurnalist həyatını itirib. Bu barədə məlumat “Press Emblem Campaign” təşkilatının dekabrın 14-də Cenevrədə dərc edilən məruzəsində qeyd olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ən çox qurban Suriyada qeydə alınıb. Burada 11 jurnalistin öldürüldüyü bildirilir. Suriyanın ardınca hər birində 10 jurnalistin həlak olduğu İraq və Meksika gəlir. Fransa, Liviya və Filippində 8, Braziliya, Hindistan, Cənubi Sudan və Yəməndə 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Kolumbiya və Ukraynada 4, Qvatemalada 3, Əfqanıstan və ABŞ da isə 2 jurnalist həyatını itirib.
Tədqiqatın nəticəsinə əsasən KİV-lərin fəaliyyəti üçün ən təhlükəli yer 2015-ci ildə 38 jurnalistin həlak olduğu Yaxın Şərq regionu sayılır. Onun ardınca isə Latın Amerikası (31), Afrika (18) və Avropa (13) gəlir.
“Press Emblem Campaign” təşkilatının statistika apardığı 2006-cı ildən bəri dünyada 1177 KİV əməkdaşı qətlə yetirilib. Məruzədə son beş ildə təkcə Suriyada 86 jurnalistin öldürüldüyü qeyd olunur.
Xatırladaq ki, 2004-cü ildə yaradılan və Cenevrədə jurnalistlər arasında qurbanların sayı barədə məruzə dərc edən “Press Emblem Campaign” təşkilatı BMT yanında konsultativ statusa malikdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_dunyada_128_jurnalist_helak_olub-911157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR