Manatın devalvasiyası qaçılmaz ola bilər

Manatın devalvasiyası qaçılmaz ola bilər
23:31 14 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Londonda Brent markalı neftin qiyməti kəskin ucuzlaşaraq barrel üzrə 36,41 dollara düşüb.

ANS PRESS-in məlumatına görə, 2008-ci ilin dekabr ayından bu yana ilk dəfə olaraq Brent neftini qiyməti barrel üzrə 37 dollardan aşağı düşüb.

Neftin qiyməti keçən həftədən başlayaraq ucuzlaşmağa başlayıb. Bunun əsasən OPEK-in dekabrın 4-də keçirilmiş iclası ilə bağlı olduğu bildirilir. Kartel üzvü olan ölkələr neft hasilatının azaldılması ilə bağlı saziş bağlamayıblar və hətta neft hasilatını sutkada 30 milyon barreldən 31,5 milliona barrelə qaldırıblar. Hazırda kartel sutkada 31-32 mln barrel neft hasil edir.

2015-ci il dekabrın 14-də Brent markalı neftin qiymətinin dəyişməsi


Həmçinin, gələn ayın əvvəlindən İran nefti bazara çıxmalıdır. Sanksiyalar üzündən bu ölkədən neft ixaracatı məhdudlaşdırılmışdı. 2015-ci ilin noybar ayında İranın orta sutkalıq neft hasilatı 2,8 milyon barrelə bərabər olub. Yaxın aylarda İranda neft hasilatı daha 1 milyon barrel arta bilər. Bazarda təklifin artması neftin daha da ucuzlaşmasına səbəb ola bilər.

Bu, bir sıra neft ixracatçısı olan ölkələr üçün yeni maliyyə problemləri yarada bilər. “Bank of America”nın iqtisadçılarının hesablamasına görə, əgər neftin qiyməti 35 dollara düşərsə, Rusiyada 1 dolların qiyməti 94 rubla qədər qalxa bilər. Bu isə rublun 35% devalvasiyası deməkdir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı alim Azər Mehdiyevin fikrincə, Rusiya rublunun ucuzlaşması qaçılmazdır. “Neft istər-istəməz ucuzlaşacaq. ABŞ-da neft ixracatı barədə qanun qəbul olunur, yəni Amerika da dünya bazarlarına neft çıxaracaq. Yəni neftin qiymətinin 30 dollara doğru getməsinə elə də çox qalmayıb. Yəni biz keçən əsrin 80-ci illərində olduğu kimi neftin çox ucuz olduğu uzun müddətli dövrə doğru gedirik”,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.


Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri


İqtisadçı alimin fikrincə, Rusiya rublunun ucuzlaşmasının Azərbaycana da təsir göstərəcək: “Qazaxıstan tenqesi ucuzlaşmaqda davam edir. Əgər Rusiya rublu da ucuzlaşarsa Azərbaycan bununla bağlı tədbirlər görməlidir. Çünki Azərbaycanın əsas iqtisadi tərəfdaşlarının valyutaları devalvasiyaya uğrayırsa, Bakı da bu addımı atmalıdır. Həm də neft gəlirlərinin azalması bu addımı atmağa məcbur edəcək”.

Əslində, fevralda Azərbaycan Mərkəzi Bankı tərəfindən fevralda gerçəkləşdirilən 34 faizlik devalvasiya da bu məqsədlə gerçəkləşdirilmişdi. Həmin vaxt Azərbaycandan Rusiyanın ucuzlaşan əmlak bazarına böyük pullar axırdı. Rusiyada işləyən azərbaycanlı əmək miqrantları Bakıdakı mənzillərini sataraq Moskva və Sankt-Peterburqdan ev almağa çalışırdılar. 34 faizlik devalvasiya bu prosesi dayandırdı.

Amma bu prosesdən bir gündə 34 faiz yoxsullaşan sadə vətəndaşlar əziyyət çəkdi. Buna görə də hökumət bu cür insanların qorunması üçün addımlar atmalıdır. Yənit devalvasiyadan öncə ölkə üzrə maaşlar və pensiyalar qaldırılmalıdır ki, manatın qiymətdən düşməsinin əhalinin güzərarına ciddi təsiri olmasın.

Bakıdan keçəcək böyük pullar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR