Azərbaycanın ilk qadın bəstəkarının ad günüdür

Azərbaycanın ilk qadın bəstəkarının ad günüdür
00:56 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası. məşhur tarzən Mirzə Fərəcdən (15 mart, 1847-26 mart, 1927) öyrənib.

Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi.

A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi. 1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: "Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər". Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olub. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.

Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət etmişdir. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – "Durna qatarlı qızlar". A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

Böyük Vətən müharibəsi illərində sənətkarın rübabı susmamış, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm etmişdir; "Vətən", "Partizan oğlu", "Qəhrəman ananın qəhrəman oğlu", "Sevgilim əsgər gedir", "Gözləyəcəyəm, sevgilim" doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır.

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona xalqın rəğbətini qazandırmışdır. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin,Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.

A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi ("Çiçəklənən yurdum", "Azərbaycan", "Bəxtiyar ellər", "Dilbərim"). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, "Ey pəri" və "Evimizə gəlin gəlir" kimi məşhur mahnılarına bənzərsiz möhür vurub.

A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini ("Günəş eşqi", "Höcət eləmə"), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün "Şənlik" süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Ağabacı Rzayeva respublikanın içtimai həyatında da fəal iştirak etmişdir.

O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilib. 5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29

Terrorda günahlandırılan 42 nəfər edam edilib

24 Sentyabr 2017 15:29

ŞOK OLAY: Müdir xanım işçilərinə elə şey təklif etdi ki... - VİDEO

24 Sentyabr 2017 15:28

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb

24 Sentyabr 2017 15:27

Yerkökünün möcüzəvi faydaları

24 Sentyabr 2017 15:19

Bakı-Qazax yolunda vurulan piyada xəstəxanada öldü

24 Sentyabr 2017 15:14

Qadın özünün sürdüyü avtomobilin altında qaldı... - VİDEO

24 Sentyabr 2017 15:13

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”

24 Sentyabr 2017 15:12

Azərbaycan Prezidenti Salyanda Bayraq Muzeyinin açılışında iştirak edib

24 Sentyabr 2017 15:08

"Qəbələ" "Neftçi"yə qarşı - YENİLƏNİR

24 Sentyabr 2017 15:07

Azərbaycan futbolunda rekord: bütün biletlər satıldı - MÜRACİƏT

24 Sentyabr 2017 15:07

Şabranda 5000 illik TAPINTI

24 Sentyabr 2017 15:03

Ona təcavüz edənləri bir-bir çəkib görüntülərini paylaşdı

24 Sentyabr 2017 15:02

Kosmosa liftlə qalxa biləcəyik

24 Sentyabr 2017 14:48

Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib

24 Sentyabr 2017 14:48

Elmə məlum olmayan inək cinsi tapıldı

24 Sentyabr 2017 14:38

Gürcüstanın hakim partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb

24 Sentyabr 2017 14:37

Azərbaycanda qəribə toy: boşandığı əri ilə yenidən evləndi

24 Sentyabr 2017 14:33

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışı olub

24 Sentyabr 2017 14:27

56 yaşlı baş məşqçi 29 yaşlı qızla evləndi - FOTO

24 Sentyabr 2017 14:27

22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

24 Sentyabr 2017 14:24

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

24 Sentyabr 2017 14:23

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56

Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub

24 Sentyabr 2017 13:47

Almaniya seçkilərində Qomisə səs verdilər - FOTO

24 Sentyabr 2017 13:47

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 13:43

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub

24 Sentyabr 2017 13:37

"Topaz"da bu gün

24 Sentyabr 2017 13:37

“eTopaz”da günün canlı oyunları

24 Sentyabr 2017 13:37

Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN

24 Sentyabr 2017 13:33

İrandan İKRH-nə böyük şok

24 Sentyabr 2017 13:32