Bakı. 15 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə Terrorizmə qarşı İslam hərbi koalisiyası yaradıb.
"Report"-un RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hərbi koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşəcək.
Səudiyyə Ərəbistanının Müdafiə Naziri Muhammed ibn Salman al Saud bildirib ki, hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq.