Yevlaxda qadınları satan tutuldu

Yevlaxda qadınları satan tutuldu
12:52 15 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakini Tofiq İdris oğlu Əliyev saxlanılıb:

"Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir", - deyə müstəntiq Səxavət Mirzəyev bildirib.

Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib: "Priton üstündə saxlanmışam. Səhv etmişəm. Öz səhvimi boynuma alıram".

Faktla bağlı cinayət işi açılıb. İbtidai istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/390382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR