Azərbaycanda bu il elektron imza istifadəçilərinin sayı 32,5 faiz artıb

Azərbaycanda bu il elektron imza istifadəçilərinin sayı 32,5 faiz artıb
11:36 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin dekabrın 1-i tarixinə ölkədə 37880 elektron imza sertifikatı əldə olunub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə verilən elektron imzaların sayında 32,5 faiz artım müşahidə olunub. Belə ki, həmin vaxt istifadədə olan e-imzaların sayı 28579 ədəd təşkil edib.

Qeyd edək ki, bu gün elektron imza yalnız imzalama vasitəsi deyil, həm də “Elektron hökumət” portalına daxil olmaq üçün autentifikasiya vasitəsi və elektron xidmətlərdən istifadə üçün giriş açarıdır.

CAHANGİR


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR