İstedadlı məktəbli taxtadan “Qədim Şabran” şəhərinin maketini hazırlayıb

İstedadlı məktəbli taxtadan “Qədim Şabran” şəhərinin maketini hazırlayıb
11:58 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Şabran, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şabranlı yeniyetmə Əli Fərzəliyev həmyaşıdları arasında istedadına görə fərqlənir. On beş yaşlı məktəblinin taxta parçalarından və digər materiallardan hazırladığı əl işləri görənlərin marağına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bacarıqlı yeniyetmənin hazırladığı tar-kaman kompozisiyası uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsində ikinci yerə layiq görülüb. İstedadlı Əli Fərzəliyev müxtəlif ölçülü gəmi maketlərini hazırlamağı daha çox sevir. Onun ən maraqlı əl işlərindən biri “Qədim Şabran” şəhərinin taxtadan hazırladığı maketidir. Bir əl işini sona çatdırmaq üçün ən azı 15 gün vaxt sərf olunur. Kiçik emalatxanada işləyən istedadlı məktəbli bundan sonra daha mürəkkəb maketlər hazırlamaq niyyətindədir. O, əl işlərinin sərgisini və satışını da həyata keçirməyi düşünür.
Bu işdə daim onu dəstəkləyən valideynlərinin də böyük əməyi var. Dərslərini yaxşı oxuyan Əli Fərzəliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəyir.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR