​BMT baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb

​BMT baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb
12:22 16 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi vəzifəsinə seçkiqabağı kampaniya başlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, BMT Adminstrasiyası başçısının seçilməsi qaydaları ilə bağlı quruma üzv 193 dövlətə məktub göndərilib.
Məlumata görə, Cənubi Koreyanın keçmiş baş naziri, BMT-nin baş katibi Pan Ge Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.
BMT Baş Assambleyasının sədri Moqens Lükketoft bildirib ki, qurumun Baş Assambleyasının keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-bas-katibi-vezifesine-secki-kampaniyasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR