"Xəzər Lənkəran" "Kəpəz"ə, "Neftçi" AZAL-a qarşı

"Xəzər Lənkəran" "Kəpəz"ə, "Neftçi" AZAL-a qarşı
09:22 17 Dekabr 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun son oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmalardan biri Lənkəranda, digəri isə Bakıda baş tutacaq.

İlk olaraq meydana iki bölgə klubu çıxacaq. Turnir cədvəlinin orta sıralarında qərarlaşmış "Kəpəz" liderlərdən uzaq düşməmək üçün Lənkəranda yerli komanda qarşısında qələbə axtarışında olacaq. Şahin Diniyevin yetirmələri ardıcıl 3 oyundur ki, meydanı 1 xalla tərk edirlər. "Xəzər Lənkəran" isə 5 oyundur xala həsrətdir. Yunis Hüseynovun əsası gənclərdən təşkil olunmuş komandası doğma meydan amilindən istifadə edərək uğursuz seriyanı qırmaq istəyindədir.  Bu mövsüm Premyer Liqa və kubokda  artıq iki dəfə üz-üzə gəlmiş komandaların hərəsi bir qələbə qazanıb. Cənublular həm də ilk dövrədəki yenilginin əvəzini çıxmaq üçün oynayacaqlar.
 
Tura isə Bakıda yekun vurulacaq. İki paytaxt komandasının görüşündə "Neftçi" AZAL-ı qəbul edəcək. Əsgər Abdullayevin baş məşqçi təyin olunmasından sonra məğlubiyyət acısı yaşamamış olan "Neftçi" ilə son 3 turda uduzmayan  AZAL-ın oyunu maraqlı alına bilər. Bu mövsüm səfərdə qələbə qazana bilməyən "təyyarəçilər" ilk uğuruna "ağ-qaralar" qarşısında sevinmək istəyir. "Flaqman" isə  bu oyunda xal və ya xallar itirəcəyi halda hətta hazırda qərarlaşdığı 5-ci pilləni də əldən verə bilər.
 
Azərbaycan Premyer Liqası
XVII tur
17 dekabr (cümə axşamı)

14:00. "Xəzər Lənkəran" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Asim Xudiyev
"Xəzər Lənkəran" mərkəzi stadionu
I dövrədəki oyun: 0:1
 
 
17:00. "Neftçi" - AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev 
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu
I dövrədəki oyun: 1:2
 

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə 

17

7

8

2

16-12

29

3

İnter    

17

7

6

4

16-12

27

4

Qəbələ 

17

7

6

4

23-12

27

5

Neftçi   

16

6

5

5

18-16

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

Sumqayıt

17

3

8

6

20-24

17

8

AZAL   

16

4

4

8

9-17

16

9

Xəzər L.

16

3

3

10

10-21

12

10

Rəvan 

17

2

5

10

9-23

11

Bombardirlər: Riçard Almeyda ("Qarabağ") - 7 qol, Aleksey Antonov ("Qəbələ"), Ruslan Qurbanov ("Neftçi") - 6 qol

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR