"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,72% bahalaşaraq 6 061,19 bənd, Fransa CAC-40-ı 0,22% artaraq 4 624,67 bənd, Almaniya DAX-ı isə 0,18% yüksələrək 10 469,26 bənd olub.
Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,29% artaraq 1 066,87 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0846 (-0,86%) təşkil edib.