Başı qalmaqallardan ayılmayan Elhad Nəziri özünə yeni klub tapıb

Milli.Az xəbər verir ki, uzun müddətdir ki, klubsuz qalan Elhad yeni "ev"inə qovuşub. Başı problemlərdən ayrılmayan futbolçu heç yerdə özünə yer tapa bilmədiyi üçün bir ara futbolu buraxmağı belə düşünürdü. Elhad artıq bir neçə gün öncə yeni klubu - "Neftçala" ilə razılığa gəlib.

Futbolçu bundan əvvəl Rumıniya çempionatında "Petrolul" klubunda top qovub. Amma nizamsızlıq, içki, gecə həyatına meyl etməsi üzündən klub onu "qanqrena" olmadan amputasiya etmək qərarına gəldi. Azərbaycana qayıtdıqdan sonra heç bir klub onu öz düşərgəsində görmək istəməyib.

Elhadın bir müddət əvvəl xalq artisti, müğənni Aygün Kazımova ilə "dostluq" münasibətləri olması da mediada gündəm yaratmışdı. Aygün Kazımova ilə adı hallanan Nəziri yalnız dost olduqlarını və sevgi yaşamadıqlarını bildirmişdi.

Niyaməddin Şirinov
Milli.Az

Aygün Kazımova ilə "gəzən" futbolçumuz özünə "ev" tapdı - FOTO