Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir"

Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir"
14:57 17 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyə hökumətinin təyyarəmizə qarşı hərəkətini dost deyil, düşmən addımı kimi qiymətləndiririk".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması hadisəsinə şərh verərkən deyib.
Onun sözlərinə görə, Rusiya tərəfini insidentdən sonra Türkiyə rəhbərliyindən heç kimin Moskva ilə əlaqə yaratmaması qıcıqlandırıb: "Bunun yerinə, onlar Brüsselə qaçdı. NATO-nun arxasında gizlənməyə başladılar. Bu NATO-ya lazımdır? Məlum oldu ki, yox".
V.Putin Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan imtina etmədiyini vurğulayıb. O bildirib ki, Moskva bir sıra həssas məsələlərin həllində Ankaranı dəstəkləməyə razılaşıb: "Bizə həssas məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduqlarını göstərsəydilər, hadisədən sonra telefonu qaldırıb bizə zəng edə bilərdilər. Amma heç bir söz də demədilər".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/putin-moskva-turkiye-su-24-teyyaresini-mehv-etmesini-dusmen-addimi-kimi-qiymetlendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR