İşsizlərin sayı açıqlandı

İşsizlərin sayı açıqlandı
20:42 17 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4 milyon 907,8 min nəfər olub, onlardan 4 milyon 672,8 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) oxu.az-a bildirilib.

2015-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,1 saat təşkil edib.

2015-ci il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,6%-ni qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 268,5 manat olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR