Günay Türkiyə şou-biznesinə qatılan müğənnilərimizi qınadı

Günay Türkiyə şou-biznesinə qatılan müğənnilərimizi qınadı
11:21 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli Türkiyə şou-biznesina qatılmaq istəyən ifaçılarımızı qınayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi yerli müğənnilərin orada qəbul edilmədiyini vurğulayıb:

“Müğənninin istəyi pik nöqtə olmalıdır. İfaçı yalnız o pik nöqtəyə çatmağa çalışmalıdır. Bizim Türkiyəyə gedənlərimiz isə ona çatmır. Hamısı yarımçıq qalır. Orada hər səsdə müğənni var, bizimkilərə ehtiyacları yoxdur. Azərbaycanda qalıb, elə burada davam etmək lazımdır. Mənə də Türkiyədən təkliflər gəlib ki, gəl bura. Nə istəyisən sənə edək. İstəməmişəm. Orada azərbaycanlı müğənnilərin irəli getməsini istəmirlər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR