AFFA üç klubu cərimələyib

AFFA üç klubu cərimələyib
13:43 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVII turunun qarşılaşmaları ilə bağlı qərarlar verilib. Müzakirələrdən sonra 3 klub, ümumilikdə 2200 manat məbləğində cərimələnib.
“Rəvan” klubu ilə görüşdə 5 futbolçusu sarı vərəqə alan “İnter” min manat cərimə olunub. “Xəzər-Lənkəran” ilə qarşılaşmada 5 oyunçusuna xəbərdarlıq edilən “Kəpəz”in də cəzası eyni olub.
“Sumqayıt”la matçın 91-ci dəqiqəsində qırmızı vərəqə alıb, “Qarabağ”ı azlıqda qoyan Raydell Pupon bir oyun cəzalanıb. O, həm də klubunu 200 manat ziyana salıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_uch_klubu_cerimeleyib-912359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR