Bakı. Trend:
Serbiyada 2015-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Trend-in xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, "Çelsi"nin müdafiəçisi Nemanya Matiçdir. Ona mükafatı bazar ertəsi təqdim olunacaq.
Qeyd edək ki, N.Matiç ötən mövsüm "Çelsi" ilə İngiltərə Premyer Liqasının kubokunu qazanıb.
Bizi Twitter-dən izləyin: @trend_az