İzzət onları məhkəməyə verdi

İzzət onları məhkəməyə verdi
10:21 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni İzzət Bağırzadə sosial şəbəkədə onun ünvanına təhqir yazanları məhkəməyə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Star life” verilişində deyib.

Sənətçinin həmkarı Sevda Sanəliyeva ilə paylaşdığı fotonun altından təhqir yazılıb. İ.Bağırzadə isə həmin şəxsə söyüşlə cavab verib.

İ.Bağırzadə məsələ ilə bağlı bunları deyib:

“Hamının öz sənəti var. Öz işi ilə məşğul olsun. O qınayan insan gedib özünə baxsın. Bu işin sonu başqa cür olacaq. Məhkəməyə verdiyim insanlar var. Nəticələnsin, sonra geniş açıqlama verəcəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR