Obama Ərdoğana zəng etdi

Obama Ərdoğana zəng etdi
11:16 19 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, iki prezidentin əsas müzakirə mövzusu İraqdakı türk əsgərləri və Suriya məsələsi olub.

Məlumata görə, Obama Ərdoğandan İraqdakı əsgərlərini çıxarmasını istəyib.

Ağ evdən verilən açıqlamada qeyd edilir ki, Obama İraq böhranının həll edilməsi üçün Türkiyənin addım atmasını istəyib.

Türkiyə tərəfidən verilən rəsmi məlumata görə, ABŞ dövlət başçısının tələblərinə cavab olaraq Ərdoğan İraqın ərazi bütövlüyünə hörmət etdiyini qeyd edib. "Türk əsgərlərinin İraqda olmasının məqsədi isə İŞİD-lə mübarizə olduğu bir daha vurğulanıb. İki lider böhranın həlli üçünyeni diplomatik təmaslar və İŞİD terrorçularına qarşı mübarizə barədə müzakirələr aparıblar. Obama İŞİD-lə mübarizədə Türkiyənin köməyinə diqqət çəkib".



Başika düşərgəsi

Türk əsgərləri 2,5 ildir ki, Mosuldadırlar. Dekabr ayında isə türkiyənin İraqa əlavə qoşun yeritməsi ciddi narazılığa səbəb olub. İraq dövlət başçısı türk əsgərlərinin çəkilməsi üçün 48 saat vaxt qoymuşdu. Haydar İbadi əks təqdirdə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini açıqlamışdı.
Dekabrın 14-də türk əsgərlərinin bir hissəsi adıçəkilən şəhərdəki hərbi düşərgədən çıxarılıb. Mosuldakı Başika düşərgəsindəki hərbçilərinin bir hissəsini şimala doğru hərəkət edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR