​İranda deputatlığa namizədliyə iddiaçıların qeydiyyatı başlayıb

​İranda deputatlığa namizədliyə iddiaçıların qeydiyyatı başlayıb
11:52 19 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ 10-cu çağırış İran parlamentinə deputatlığa namizədliyə iddiaçıların qeydiyyata alınması mərhələsi başlayıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Deputatlığa namizədliyə iddiaçıların yoxlamadan keçməsi 10 gün davam edəcək. Onların yoxlamasını İranın əsas rəhbər orqanlarından biri - Nəzarət Şurası həyata keçirir.
Deputatlığa namizədlərin yekun siyahısı fevralın 16-da elan ediləcək. 290 nəfərlik parlamentə seçkilər fevralın 26-da keçiriləcək.
Qeyd edək ki, İranın Dini Ekspertlər Şurasına (Xübreqan Məclisi) 5-ci çağırış seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi də başlayıb.
Şura və parlament seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.
Xatırladaq ki, Dini Ekspertlər Şurası İranın ali rəhbərini (indi bu vəzifəni ayətullah Seyid Əli Xamənei tutur) seçir. Şuranın 86 üzvü ümumxalq səsverməsi yolu ilə seçilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR