Açıq müsabiqələr nəticəsində indiyədək 800-dən artıq şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunub

Açıq müsabiqələr nəticəsində indiyədək 800-dən artıq şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunub
13:58 19 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Ədliyyə orqanlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sayca 13-cü müsabiqənin test imtahanı keçirilir. Bu müsabiqədə iştirak etmək üçün 650-dən çox namizəd müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 19-da Ədliyyə Nazirliyi Müsabiqə Komissiyası sədrinin müavini, nazirliyin kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov deyib.
R.Məhərrəmov bildirib ki, hazırda imtahanda 520 nəfər iştirak edir. Onların tərkibinin təhlili göstərir ki, namizədlərin böyük əksəriyyəti gənclərdir və Azərbaycanın bütün regionlarını təmsil edirlər. Namizədlərin yarısı əmək fəaliyyətinə ilk dəfə məhz ədliyyə orqanlarında başlamaq istəyənlərdir. Ədliyyənin müxtəlif sahələri üzrə təxminən 100-ə yaxın vakant ştat vahidi mövcuddur. Həmin yerlər əsasən nazirliyin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir.
Qeyd edilib ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqələr davamlı olaraq həyata keçirilir. İndiyədək 800-dən artıq şəxs test və söhbət mərhələlərindən ibarət olan açıq müsabiqələr nəticəsində ədliyyə orqanlarına işə qəbul ediliblər və təyinatlar aparılıb. Şəffaf prosedurla ədliyyə orqanlarına qulluğa qəbul olunmuş işçilərin rəhbərlərinin onlar barəsində söylədikləri rəylərə əsasən, tam əminliklə deyə bilərəm ki, həmin kadrlar onlara göstərilən etimadı öz fəaliyyətləri ilə tam doğruldublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Achiq_musabiqeler_neticesinde_indiyedek_800_den_artiq_sexs_edliyye_orqanlarina_qulluga_qebul_olunub-912663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR