"Çelsi"nin baş məşqçisi rəsmən açıqlandı

"Çelsi"nin baş məşqçisi rəsmən açıqlandı
19:42 19 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Qus Hiddink "Çelsi"nin baş məşqçi təyin olunub. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Holland mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Hiddink bu vəzifədə Joze Mourinyonu əvəzləyib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: 

"Çelsi" dünyanın ən güclü klublarındandı. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm". 

Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcelsiquotnin-ba-mqcisi-rsmn-acqland-t46266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR