Fəthullah Gülən: "Terroru lənətləməklə işimiz bitmir"

Fəthullah Gülən: "Terroru lənətləməklə işimiz bitmir"
23:12 19 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Fəthullah Gülən dünyanın məşhur "Le Monde" qəzeti üçün məqalə yazıb.

Məqalədə radikalizm və terrorla mübarizədə beynəlxalq ictimaiyyətə və müsəlmanlara önəmli mesajlar verilib. İslam adına gerçəkləşdirilən terror aktlarının müsəlmanları təcrid etdiyini və İslam əleyhində yanlış fikirlərin formalaşdırdığını bildirən Gülən, terrorun dini olmadığını vurğulayıb. "Le Monde" qəzeti Güləni oxucularına, "elmə, təhsilə önəm verən, demokratiyanı müdafiə edən və dinlər arası dialoqu dəstəkləyən" xüsusiyyətləri ilə təqdim edib. Gülənin 13 noyabrda Parisi qan gölünə çevirən terror münasibətilə qələmə aldığı "Müsəlmanlar, inanc anlayışımızı tənqidi bir təhlil edək" başlıqlı məqalədə önə çıxan hissələr:

Sapqın ideologiyaları rədd edək

İŞİD və oxşar terrorçu qrupların sərgilədiyi vəhşilik qarşısında təəssüratımı kəlmələrlə ifadə etməyə çətinlik çəkirəm. Bu qrupların terror törədərkən öz sapqın, azğın ideologiyalarını din kisvətində təqdim etmələri milyard yarım müsəlmanla birlikdə məni də çox kədərləndirir. Müsəlmanlar olaraq vəzifəmiz, bir yandan, insanlığın bu terror bəlasından qurtulması üçün hamı ilə çiyin-çiyinə çalışmaq, digər tərəfdən də, dinimizin təmiz çöhrəsinə atılan bir ləkəni təmizləmək üçün cəhd etməkdir. Parisdə baş vermiş bu son terror aktı bizə bir daha xatırlatdı ki, din ilə əlaqəli kimi göstərilən bu əzazil hadisə həm din alimlərimiz, həm də sıravi müsəlmanlar tərəfindən qeyd-şərtsiz rədd edilməli və lənətlənməlidir. Ancaq gəldiyimiz bu nöqtədə artıq rədd etmək və lənətləmək yetərli deyil. Müsəlman cəmiyyətlərində terrorçuların gəncləri aldadıb terrora yönləndirmə fəaliyyətlərinə qarşı, içərisində dövlət qurumları, dini liderlər və QHT-lərin olduğu bir ittifaqla ağıllı bir şəkildə mübarizə aparmaq lazımdır.

Hər qurban öncə bir insandır

Bizim etnik, milli və ya dini kimliyimizdən öncə insanlığımız gəlir və belə barbarlıqlar nəticəsində əsas zərər görən insanlığın mənəvi şəxsiyyətidir. Parisdə həyatını itirən fransızlar, bir gün öncə Beyrutda həyatını itirən şiə müsəlman livanlılar, İraqda həyatını itirən sünni iraqlılar hər şeydən öncə insandırlar. Zülmə məruz qalan hər insanın dininə və kimliyinə baxmayaraq, dərdinə şərik olmasaq, mədəniyyətin inkişaf etməsi mümkün deyil.

Özünütənqid şərtdir

Müsəlmanlar olaraq problemlərimizlə üzləşməkdə bizə mane olan konspirasiyalardan qurtulub özümüzlə hesablaşmalıyıq: Əcəba, içimizdə yer etmiş gizli istibdad meyilləri, fiziki şiddət, gənclərin diqqətdən kənar qalmaları və balanslı təhsil əksikliyi kimi səbəblərlə cəmiyyətlərimiz totalitar zehinli qrupların özlərinə adam yığması üçün uyğun zəminə çevrildi? Görəsən təməl insan hüquqları və azadlıqları, hüququn üstünlüyü və hamını qucaqlayıcı bir zehniyyəti yerləşdirə bilmədiyimiz üçün boşluqdakı kimsələrin ümidsizliyə düşməsi və fərqli axtarışlara yönəlməsinə zəmin hazırladıq?

Fikir hürriyəti canlandırılmalı

Cəmiyyətimizdə boşluqda olan gənclər erkən müəyyən edilməsi üçün ailələrə konsultasiya və digər xidmətlərlə dəstək olacaq bir zəmin təşkil etməliyik. Gənclərimizə demokratik yollarla fikirlərini ifadə etmə yollarını öyrətməliyik. Orta məktəblərdə demokratik dəyərlərin tədrisi gələcək nəsillərin sağlam düşüncəyə sahib olması üçün önəmlidir. Müsəlmanlara bir zamanlar intibah dövrü yaşadan fikir hürriyətini dinin ruhuna sadiq qalaraq canlandırmaq həm mümkün, həm də vacibdir. Radikalizm və terrorizmlə ancaq belə bir iqlimdə mübarizə aparmaq olar.

Mədəniyyətlərlə deyil, insanlıqla barbarlıq mübarizə aparır

Müsəlmanların, dinin əleyhinə ifadələr, dövlətlərin müsəlman vətəndaşlarına tamamilə təhlükəsizlik mülahizəli rəftarı faydadan çox zərər gətirər. Yaşanan son hadisələrdən sonra bəzilərinin təkrar mədəniyyətlər münaqişəsini dilləndirməsini üzüntü ilə müşahidə edirəm. Bu gün belə bir dilin istifadə edilməsi sadəcə terror qruplarının işinə yarayar. Qarşılaşdığımız mənzərə, bir mədəniyyətlər münaqişəsi deyil, insanlıq mədəniyyəti ilə barbarlığın mübarizəsidir.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR