Bakı. Trend:
Türkiyədə Mardin vilayətinin Nüsaybin şəhərində PKK qrupunun üzvlərinin polisə etdiyi hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb. Bu barədə Trend "Haber 7"-yə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, yaralılar xəstəxanaya çatdırılıb.
Şəhərdə hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.
Bizi Twitter-dən izləyin: @trend_az