Ermənilərə qan udduran qaçaq qadın: Kişi Tavat”

Ermənilərə qan udduran qaçaq qadın: Kişi Tavat”
23:42 20 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Tarix bir çox xalqlar arasında müharibələrə şahidlik edib. Qanlı savaşlar yüz minlərlə, milyonarla insanın həyatının sonunu gətirib. Ermənilərin Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərindən başlayan və bu günə qədər davam edən qətliamları, soyqırımları da bu qəbildəndir.
Amma bədnam qonşularımızın cavabını verən, qisası qiyamətə qoymayan qəhrəmanlarımız da hər zaman olub. Belə qəhrəmanlarımızdan bir də Tavat Hümbətovadır.
O, günahsız doğmalarına böyük müsibət yaşatmış ermənilərə elə dərs verib ki, xain qonşularımızın indiki nəsli də bunu unutmayıblar.

Zəngəzur qadınlarından olan Tavat Hümbətova torpaqlarımıza göz dikib, soydaşlarımıza diş qıcayan ermənilərə layiqli cavab verməkdə, at oynatmaqda, güllə atmaqda, elinin-obasının qeyrətini çəkməkdə kişilərdən geri qalmayıb.

Milli.Az publika.az-a istinadən bu qəhrəman qadının mübariz həyat hekayəsi haqda araşdırmanı təqdim edir:

Qaçaq Nəbinin dostu...

Tavat Hümbətova 1898-cı ildə (bəzi mənbələrə görə 1897-ci ildə - A.T.) Yelizavetpol quberniyasının, Zəngəzur qəzasında böyük ad-san qazanmış Harallı Kərbalayı Məmmədin ailəsində dünyaya göz açıb. Onun Vətənə layiq övlad, qəhrəman qadın kimi yetişməsində atasının çox böyük rolu olub.

Dövrünün bir çox elmlərini mənimsəmiş, ərəb və fars dillərini mükəmməl öyrənmiş Kərbalayı Məmməd ömrünün yarısını qaçqınlıqda keçirib. O, Azərbaycanın el qəhrəmanı Qaçaq Nəbi ilə də yaxın dost olub. O, qaçaq dostuna və onun tərəfdarlarına ğizli dəstək verib.

Kərbalayı Məmmədin Tavat adlı qızı ilə yanaşı, Həsən və Həsənalı adlı iki oğlu da olub. Mənbələrdə hər iki oğul mübariz, vətənpər kimi xarakterizə edilir.

Tavat Hümbətovanın dünyaya gəldiyi Haral kəndi erməni sakinlərin çoxluq təşkil etdiyi Xozabirdlə qonşu idi.

Qanlı mübarizənin başlanğıcı

Məkrli niyyətlərinə nail olmağa çalışan ermənilər Ermənistanla Dağlıq Qarabağın sərhədlərini biri-birinə yaxınlaşdırmaq üçün Xozabirddən sərhəd dirəklərini çıxararaq Fərəcan kəndinin yaxınlığındakı Topağac deyilən yerdə basdırırlar. Həsənalı yaranmış vəziyyətlə bağlı müvafiq yerlərə məlumat verir. Bunun heyfini almaq istəyən ermənilər Məmməd kişinin oğullarına tələ qururlar. Həsən və Həsənalı Məmməd kişinin Xozabirddən olan erməni tanışı nalbənd Sərkisin evində öldürülür.

Onlar qardaşları qətlə yetirməzdən əvvəl bellərinə qaynar samovar bağlayırlar. Sonra isə kürəklərinin bişmiş ətindən kəsib onlara yedizdirməyə çalışırlar. Buna nail ola bilmıdikdə qardaşları ölənə kimi tikə-tikə doğrayırlar.

Məmməd kişi və harallılar Həsənlə Həsənalının ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmələrindən bir neçə gün sonra xəbər tuturlar. Sakinlər günahsız həmkəndlilərinin qisasını alacaqlarına söz verirlər.

Həcərdən öyüd-nəsihət alan qisasçı qadın

Lakin Tavat onlara etiraz edir. O, özü qardaşlarının qisasını alacağına and içir.

Qardaşların meyiti kəndə gətirilərək dəfn edilir. Tavat qardaşlarının dəfnindən sonra Qaçaq Nəbinin həyat  yoldaşı olan Həcərin yanına gedirərək ondan xeyir-dua alır.

Tavat qardaşlarından birinin nişanlısının paltarını geyinib qəbri üstündə and içdikdən Xozabird kəndinin yaxınlığında - Topağacda pusqu qurur. Bir neçə gün sonra Sərkis oğlu ilə birlikdə ərazidə görünür.

Tavat əvvəlcə oğlunu, sonra isə Sərkisi öldürür. Onların harayına gələn erməniləri də güllələyən Tavat evə qayıdır.

Atası Kərbəlayı Məmməd qızını həyətdə qarşılayaraq, alnından öpür. Onlar çox yaxşı başa düşürdülər ki, ermənilər onlara qarşı yeni qətliamlar törədəcəklər. Nəticədə iki kəndin sakinləri arasında növbəti qanlı mübarizə başlayacaq. Çox  götür-qoy etdikdən sonra Məmməd kişi qızı ilə birlikdə kəndi tərk edir.

On il qaçaq həyatı

Atası ilə birlikdə kəndi tərk edən Tavat bir müddət gah Arazın o tayında, gah da bu tayında gizlənir. Müasirlərinin sözlərinə görə o, əyninə kişi libası geyir, belinə kəmər yerinə patrondaş bağlayar, çiynində tüfəng gəzirmiş. Köç vaxtı günlərini dağda-daşda keçirən cəsur qız əli  qardaşlarının qanına batmış, habelə azərbaycanlılara qarşı cinayətlər törətmiş bir çox erməni öldürür.

Tavatın ailə qurmadığı bildirilir. Mənbələrdə qeyd edilir ki, zəhminə görə, onu yaxından tanıyan bəzi oğlanlar Tavata ürək aça bilmirlər. Bəzi mənbələrdə isə ("Laçın yurdu" jurnalı, №3) Tavat Hümbətovanın nişanlısının toy ərəfəsində ermənilər tərəfindən öldürüldüyü deyilir. Deyilənə görə, Tavat ermənilərin yaşadığı Dığ kəndinə hücum edərək nişanlısını öldürən Hamparsunu, dörd oğlunu və bu cinayətdə əli olan digər şəxslərin hamısını güllələyib. Bu qəhrəmanlığından sonra onu "Kişi Tavat" deyə çağırmağa başlayıblar.

Kəlbəcər, Ağdam və Laçının qəza icraiyyə komitələrinin sədri

On ildən çox qaçaqlıqlıq həyatından sonra Tavat doğulduğu kəndə qayıdır. Sovet dövrünün hakimiyyət mənsubları ermənilərə qan uddurmuş qadına və onun atasına toxunmur.

Əksinə, Qubada Səməd Ağamalı oğlunun savadsızlığı ləğv etmək üçün təşkil etdiyi məktəbdə təhsil alan Tavat Hümbətova ölkənin idarəetmə strukturlarında çalışmağa da müvəffəq olur.

Alxaslı kəndinin qəza icrayyə komitəsinin sədri vəzifəsinə təyin edilən Tavat xanım kəndin abadlaşmasında, kolxoz təsərrüfatının təşkilində, ambarların, ictimai tövlələrin, məktəbin tikilməsində, əhali arasında savadsızlığın ləğv edilməsində mühüm xidmətlər göstərib.

Xeyli müddət Kəlbəcər, Ağdam, Laçın rayon qəza icraiyyə komitələrinin sədri vəzifələrində çalışıb. Bir neçə dəfə kənd sovetinə, rayon sovetinə deputat seçilib.

Şübhəsiz ki, qəhrəmanlığı iIə ad çıxarmış qadının işgüzar və vətənpərvərliyi də dövlət tərəfindən yüksək qiymətləndirilib. Tavat Hümbətova bir neçə dəfə orden və medallarla, fəxri-fərmanlarla təltif olunub. Azərbaycan Kommunist Partiyasının üzvü olmuş qadın sonralar dövlət qulluqçusu təqaüdünü alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23