Dohada şahmat üzrə "Qətər Masters Open" yarışına start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub.
Qrossmeysterimiz ukraynalı Natalya Jukovanı məğlub edib. O, bu qara fiqurlarla Jonq Janqla (Çin) üz-üzə gələcək.
Qeyd edək ki, yarışda Teymur Rəcəbovun iştirakı da nəzərdə tutulsa da, həmyerlimiz son anda Qətərə getməkdən imtina edib.
Milli.Az