​"Krasnodar" klubunun futbolçusunun evi qarət olunub

​"Krasnodar" klubunun futbolçusunun evi qarət olunub
14:27 21 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın "Krasnodar" klubunun futbolçusu Vladimir Bıstrova məxsus Leninqrad vilayətindəki ev naməlum şəxslər tərəfindən qarət olunub. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində evdəki it güllələnib.
Kimliyi məlum olmayan qarətçilər evin mühafizəçisini bağlayaraq 10 min rus rublu və bəzi əşyaları götürüblər. Hazırda qarətçilərin kimliyi araşdırılır.
Qeyd edək ki, Vladimir Bıstrov "Zenit" klubu ilə 2 dəfə ölkə çempionu olub. O, 2014-cü ildən "Krasnodar"ın formasını geyinir. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/krasnodar-klubunun-futbolcusunun-evi-qaret-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR