"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, BFB-nin səhmdarlarının səsvermə nəticələrinə əsasən, "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev BFB-nin Müşahidə Şurasının yeni sədri seçilib.
R.Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil alıb. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutub. R.Allahverdiyev, 2013-cü ilin iyun ayından etibarən isə "Kapital Bank"ın İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov BFB-nin Müşahidə Şurasının yeni üzvü seçilib. F.İslamov 1969-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil aıb. 1992-2011-ci illərdə ABB-da müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən ABB-nin baş direktoru vəzifəsində çalışır.