Tanınmış bəstəkar Aygün, Röya, Sevda və Günaya qadağa qoydu

Tanınmış bəstəkar Aygün, Röya, Sevda və Günaya qadağa qoydu
18:34 21 Dekabr 2015
68 Şou
Ölkə mətbuatı
A- A+

“Bizim müğənnilər inkişafdan qalıb. Danışanda dünya ulduzlarından misal çəkirlər. Bir az da qanun-qayda öyrənsələr yaxşı olar”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Pərviz Mahmudov deyib. O, ifaçılara müəllifi olduğu mahnılarını oxumağa qadağa qoyacağını bildirib:


“Bəstələrin sahibi müəllifidir. Müğənni sadəcə onu ifa edir, pul qazanır və bu mahnılarla şöhrət  qazanırr. Bir neçə dəfə efirlərdə rastlaşmışam ifaçı deyir ki, filankəs mənim halallığımı almadan mahnımı oxuyub, halallıq vermirəm. Hansı haqla? Sənin qanun-qaydadan xəbərin var? Müəllif sənin özünə qadağa qoya bilər. Yaxın Türkiyəyə nəzər salın. Bir mahnını bir neçə müğənni ifa edir. Hərəsi də müəllifə ayrı-ayrı pul ödəyir. Çünki ifaçı həmin bəstədən pul qazanır. Mən öz bəstələrimin yiyəsiyəm. Əgər mənim bəstəm haqqında hansısa müğənni belə danışarsa, onun özünə qadağa qoyacam”.

Qeyd edək ki, P.Mahmudov Aygün Kazımova, Röya, Günay İbrahimli, Sevda Yahyayeva kimi müğənnilərlə çalışıb. O, "Son görüş", "Bəlkə də", "Səndən öncə, səndən sonra", "O zaman", "Sənsiz" kimi mahnıların müəllifidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR