Rusiyadan Ermənistana hərbi dəstək (FOTO)

Rusiyadan Ermənistana hərbi dəstək (FOTO)
22:01 21 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirib. ANS PRESS-in məlumatına görə, Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri nəql etdirib.

Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.

Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münsibətllərin ardınca, Rusiya bu addımı atıb. Bundan əvvəl, dekabrın 8-də Ermənistandakı Erebuni rus hərbi bazasına 7 ədəd “Mi-24P” zərbə və “Mi-8MT”nəqliyyat vertolyotlarının gətirildiyi haqda məlumatlar yayılıb.


Mi-24 təyyarəsi.

Cənub Hərbi Dairəsinin İrəvandakı aviasiya bazası 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan gətirilmiş “MiQ-29” qırıcı təyyarələri yerləşdirilib. 2001-ci ilin iyulunda Erebunidə yerləşən hissələrdən aviasiya bazası yaradılıb. Həmin aviasiya bazası Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentidir.


Mi-8 təyyarəsi.

İki ölkə arsında vəziyyətin gərginləşməsinə səbəb Türkiyənin Rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə-Suriya sərhədində vurması olub. Baş verən hadisələrdən sonra iki ölkə arasındakı vəziyyət arzu olunmaz həddə çatıb. Bundan sonra Rusiya Türkiyə mallarına sanksiyalar qoyub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR