Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi
22:57 21 Dekabr 2015
609 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib. Milli.Az bildirir ki, bu barədə Kulisə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından xəbər verilib. O, bu gün axşam saatlarında vəfat edib. 

Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
 
Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
 
2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/392060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR