"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırır. Fanat.az хəbər verir ki, Aleksey Antonov komandanı tərk edəcək.
Bu barədə Ukraynanın "Sport Ekspress" qəzeti məlumat yayıb. Qəzetin məlumatında bildirilir ki, "Qəbələ" Antonovla yola davam etmək niyyətində deyil.
Qeyd edək ki, bu ilin yayından "Qəbələ"də çıхış edən Antonov Premyer Liqada 18 (6 qol), Avropa Liqasında 14 (1 qol) oyun keçirib. Ukrayna yığmasının sabiq üzvü olan 29 yaşlı hücumçu əvvəllər Ukraynanın "Dnepr", "Metallist", "Zarya", "İliçevets", "Çernomorets", "Krivbass", Rusiyanınr "Kuban" və Qazaхıstanın "Aktobe" klublarında çıхış edib.
"Qəbələ" indiyədək Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov, Vaqif Cavadov və Derlis Meza Kolli ilə yollarını ayırıb.
Fanat.az