Bakı. Trend:
Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası 2016-cı ilin II rübündə Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.
Onun sözlərinə görə, iclasda iki ölkə arasında əsas iri layihələr üzrə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi planlaşdırılır.
Səfir qeyd edib ki, cari ilin 10 ayında iki ölkə arasında əmtəə dövriyyəsi 260 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 90 faiz üstələyir.
Bizi Twitter-dən izləyin: @trend_az