Obama Putindən çox sevilirmiş

Obama Putindən çox sevilirmiş
15:26 22 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

"Gallup International" agentliyi dünya liderlərinə əhalinin simpatiyasını müəyyən edib. Bu məqsədlə hətta sorğu da keçirilib.

Sorğu dünyanın 65 ölkəsində on minlərlə insan arasında olub və 2015-ci ilin sentyabr-dekabr aylarını əhatə edib.

ANS PRESS-in məlumatına görə, siyahıya liderliyi ABŞ prezidenti Barak Obama edir. Rusiya prezidenti Vladimir Putin isə sorğu nəticəsində səkkizinci yeri tutub. Lakin buna baxmayaraq, agentlik hər iki ölkə başçısının ən tanınmış prezident olduğunu qeyd edir.

Rəyi soruşulanların 59%-i Obamaya müsbət, 29% isə mənfi rəy verib. Barak Obamaya ən çox səs Cənubi Asiyadan (76%), Avropa İttifaqı ölkələrindən (67%), Saxaradan (65%), Şərqi Asiyadan (65%) gəlib.



Siyahının ikinci yerini Almaniya kansleri Angela Merkel 42% səslə, üçüncü yeri Britaniyanın baş naziri Devid Kemeron 37% səslə bölüşürlər. Kemeronu əsasən Cənubi Asiyada (53%) və Şimali Amerikada (46%) dəstəkləyiblər.

Fransa prezidenti Fransua Holland 35% səs yığaraq 4-cü yerdə qərarlaşıb.

Vladimir Putinə daha çox postsovet məkanında yaşayan əhali dəstək olub (55%), bundan başqa isə Avropa İttifaqında yaşayanlar (67%) və Şimali Amerikada yaşayanlar (65%) Rusiya liderinə dəstək çıxıb.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR