Avtovağzal bilet satışını dayandırdı (FOTO)

Avtovağzal bilet satışını dayandırdı (FOTO)
17:16 22 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışında problem yaranıb. Bu gün səhər saat 11:00-dan vətəndaşlara bilet satılmır.

Bu barədə ANS PRESS-ə bilet almaq istəyən vətəndaşlar məlumat veriblər. Dekabr ayının 30-da Şəkiyə getmək üçün bilet almaq istəyən İslam Salmanov deyir ki, kassalar bilet satmaqdan imtina edir: "Şəkiyə getmək üçün əvvəlcədən bilet almaq istəyirəm. Ancaq kassalarda əyləşən işçilər bilet satılmadığını, bunan səbəb kimi isə kompüterin sistem proqramlarında problem olduğunu bildirirlər. Hazırda bütün rayonlara bilet satışı dayandırılıb. Onlarla insan isə bilet almaq üçün növbə gözləyir. Ancaq avtovağzal əməkdaşları bilet olmayacağını və buna görə də ərazini tərk etməyimizi istəyirlər".


Avtovağzalda kassalaların qarşısı

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən bu fakt təsdiqlənib. Qurumun mətbuat əlaqələndicisi Məhəmməd Abdullayevin sözlərinə görə, buna səbəb sistemdə yaranan nasazlıqdır: "Qabaqcadan bilet satışı biraz çətin prosesdir. Ona görə çalışmaq lazımdır ki, satılan biletlərin üst-üstə düşməsin və əlavə problemlər yaranmasın. Bunun üçün sistemdə yeniləmə işləri aparılır. Bu səbəbdən də bilet satışı dayanıb. Bu gün bilet satışı olmayacaq. Ona görə də vətəndaşlara evə getmələrini elan etdik. Problem aradan qalxan kimi, satışı yenidən bərpə ediləcək".

Qeyd edək ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytı işləmir və vətəndaşlar onlayn yolla da bilet ala bilmirlər.




Avtovağzalda kassalaların qarşısı

Xatıladaq ki, Yeni il və Həmrəylik günü münasibəti ilə 5 gün qeyri-iş günü olacaq. Bayram günləri ilə bağlı olaraq avtovağzalda xəttə çıxarılan avtobusların sayı artırılacaq.
M.Abdullayev bildirib ki, nəqliyyat vasitələri yetərli olacaq və heç bir problem yaşanmayacaq:

"Dekabrın 21-dən yanvarın 5-nə kimi gücləndirilmiş iş rejiminə keçilir. Adi günlərdə 300-350 nəqliyyat vasitəsi, 7500-8500 sərnişin yola salırdıqsa, bayram günlərində 700-ə yaxın nəqliyyat vasitəsi yola çıxacaq. Sərnişin sayının isə 16 mindən artıq olacağı gözlənilir".

Ancaq hələ bayrama 9 gün qaldığını və avtovağzalın bilet satmaqdan imtina etdiyini nəzərə alsaq, əhalinin daha sıx olacağı qarşıdakı günlərdə avtovağzalda hansı problemlərin yaranacağını bilmək çətin deyil. Ümid edirik ki, adıçəkilən qurum sistemdə yaranan problemini tez bir zamanda aradan qaldırar və bayramda insanların mənzil başına rahat, əlavə xərc ödəmədən, vaxtında çatmalarını təmin edər.

Həmçinin oxu:
Bakı Avtovağzalı iş qrafikini dəyişdi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR