Qəzaya uğramış təyyarənin 40-dan çox sərnişini tapıldı

Qəzaya uğramış təyyarənin 40-dan çox sərnişini tapıldı
13:58 30 Dekabr 2014
81 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

İndoneziya xilasediciləri Yava dənizində "Air Asia Indonesia" aviaşirkətinin qəzaya uğramış "Airbus" təyyarəsinin 40-dan çox sərnişininin cəsədini tapıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, cəsədlər bir-birindən xeyli aralı məsafədə tapılıb.

Xilasetmə işlərinin aparıldığı ərazidə güclü dalğalar müşahidə olunur ki, bu da xilasedicilərin işini çətinləşdirir.

Xatırladaq ki, dekabrın 28-də aviadispetçer xidməti İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın "Air Asia" şirkətinin təyyarəsi ilə əlaqəni itirib. Onun göyərtəsində 162 nəfərə yaxın sərnişin olub. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 06:17-da QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR