"Qarabağ"lı UEFA-nın simvolik "11-liy"ində

"Qarabağ"lı UEFA-nın simvolik "11-liy"ində
14:22 23 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin simvolik "11-liy"inə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uefa.com saytının rus versiyası əməkdaşlarının tərtib etdiyi heyətə Azərbaycan adından braziliyalı yarımmüdafiəçi salınıb.

Maraqlıdır ki, seçki zamanı təkcə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış postsovet məkanı komandaları yox, başqa ölkənin klubunda çıxış edən futbolçular da nəzərə alınıb. Ən yaxşı yarımmüdafiəçilərdən hesab edilən Almeyda ilə yanaşı, orta sahədə Azərbaycan əsilli Aleksandr Səmədov da yer alıb.
 
Simvolik "11-lik"də ən çox futbolçu ilə "Krasnodar" təmsil olunub. "Qəbələ" ilə eyni qrupda mübarizə aparan və növbəti mərhələyə lider kimi vəsiqə qazanan Rusiya klubunun 3 oyunçusu ən yaxşılar arasına salınıb.
 
Ən yaxşı baş məşqçi də "Krasnodar"ın çalışdırıcısı Oleq Kononov seçilib.
 
Qapıçı: Andris Vanin (Latviya, "Syon")
Müdafiəçilər: Andreas Qranqvist (İsveç, "Krasnodar"), Elmir Nabiullin (Rusiya, "Rubin"), Ranyar Klavan (Estoniya, "Auqsburq")
Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, "Krasnodar"), Odil Əhmədov (Özbəkistan, "Krasnodar"), Henrik Mxitaryan (Ermənistan, "Borussiya", Dortmund), Riçard Almeyda (Braziliya, "Qarabağ"), Aleksandr Səmədov (Rusiya, "Lokomotiv", Moskva)
Hücumçular: Bay Umar Niasse (Seneqal, "Lokomotiv" Moskva), Yevgeni Seleznyov (Ukrayna, "Dnepr")
Baş məşqçi: Oleq Kononov (Rusiya, "Krasnodar")

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR