Kriştiano Ronaldo NBA matçında (FOTOLAR)

23 dekabr, 2015 / "Real"ın Milad bayramı ərəfəsində futbolçulara verdiyi tətildən istifadə edən Kriştiano Ronaldo ABŞ-a yollanıb.

Ulduz futbolçu ötən gecə NBA-nın müntəzəm çempionatında "Mayami Hit""Detroyt Pistons" (92:93) arasında oynanılan matçı birbaşa "American Airlines Arena"dan izləyib. Florida klubu tərəfindən  Kriştiano Ronaldoya adının yazılı olduğu forma hədiyyə olunub.

Kriştiano Ronaldoya "Mayami" forması hədiyyə olunarkən

Eynəkləri ilə göz oxşayan ulduz futbolçu 7 nömrəli forma ilə fotoqraflar qarşısında

Kriştiano Ronaldo "Mayami Hit"in forvardı Luol Denq tərəfindən xüsusi qonaqpərvərliklə qarşılanıb. Onlar bir müddət parket kənarında zarafatlaşıblar. Ronaldo daha sonra "Instagram"da foto paylaşıb və ingilis basketbolçuya öz təşəkkürünü bildirib: "Qonaqpərvərliyinizə görə təşəkkürlər! Səninlə görüşmək xoş idi (Denqi nəzərdə tutur)".

Luol Denq (solda) və Kriştiano Ronaldo (sağda)

Luol Denq (solda) və Kriştiano Ronaldo (sağda) zarafatlaşarkən

Kriştiano Ronaldo istirahətində olsun, biz isə sizi digər fotolarla baş-başa buraxırıq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR