Bu ölkə Yeni ili qadağan etdi

Bu ölkə Yeni ili qadağan etdi
12:11 24 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Somali hökuməti Milad bayramı və Yeni ilin keçirilməsini qadağan edib.

ANS PRESS-in İnterfax agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Dini Məsələlər üzrə Nazirliyindən göstəriş verilib.

Nazir Şeyx Məhəmməd Hayrou qadağanın səbəbini izah edərkən Milad və Yeni il bayramlarının islam mədəniyyətinə zidd olduğunu və müsəlman cəmiyyətinin inancları ilə uyğun gəlmədiyini əsas gətirib:

“Milad bayramını qeyd etmək millətin İslami inanclarına təhdidə səbəb ola bilər. Bu mərasimlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Somalidə yaşayan əcinəbilər Miladı evlərində keçirməkdə sərbəstdirlər. Lakin otel və açıq məkanlarda heç bir bayram tədbiri keçrilməyəcək. Müsəlmanların bu günü qeyd etməsi doğru deyil” deyə hökumət rəsmisi bəyan edib.


Somali vətəndaşları


Məhz bu səbəbdən sözügedən bayramlarla bağlı ölkənin heç bir yerində şənlik keçirilməsinə icazə verilməyəcək. Nazir qadağaya əməl etməyənlərin ciddi cəzalandırılacağını da xəbərdar edib: “Ordu qüvvələrinə əmr verilib ki, harada belə bir tədbir görülsə, dağıdılsın, qadağaya əməl etməyənlər isə saxlanılsın”.

Somali Ali Dini Şurasının sədri Şeyx Nur Barud Gurhan isə bildirib ki, müsəlmanlara aid olmayan bayramların qeyd edilməsi “Əl-Qaidə”nin Şərqi Afrika qolu olan radikal terror təşkilatı “Əş-Şəbab”ın sərt reaksiyası ilə nəticələnə bilər. Belə ki, ötən il Yeni il bayramında paytaxt Moqadişuda terror törədilərək 12 nəfər öldürülmüşdü.

Somalidən əvvəl isə Milad və Yeni il bayramının keçirilməsini rəsmən qadağan edən Bruney olmuşdu. Ölkə keçən ildən Bruney-Darussalam dövləti ərazisində bu bayramların qeyd edilməsini qadağan edən rəsmi bəyanatla çıxış etmişdi. Dini İşlər Nazirliyi ölkədəki bütün şirkətlərə və ticarət obyektlərinə məktub yollayaraq dükanların vitrinlərindən bu bayramlarla bağlı hər şeyin yığışdırılmasını tələb etmişdi.

Bruneydə bu qadağanı pozanları Şəriət qanununa görə 20 min dollar cərimə və 5 il həbs gözləyir. Amma bu ölkədə yaşayan xristianlara Milad və Yeni ili yalnız icmaları daxilində qeyd etməyə icazə verilir.


Səudiyyə Ərəbistanında da Yeni ilin qeyd olunması qadağan edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR