​Ərəb ölkələri Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib

​Ərəb ölkələri Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib
22:22 24 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Ərəb Dövlətləri Liqası (ƏDL) cümə axşamı Misirdə quruma üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar görüşünü keçirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, danışıqların yekununda təşkilat Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib.
Bağdad ƏDL-dən iki həftə əvvəl bu məsələyə baxmağı xahiş edib. İraq hakimiyyəti, həmçinin BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçiləri İraq könüllülərinə terrorçularla mübarizə aparmaq üçün təlim keçir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/edl-turkiyeden-qosunlarini-derhal-i-raqdan-cixarmagi-teleb-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR