"İnter"də ayrılıq: "Şərtləri məni qane etmədi"

"İnter"də ayrılıq: "Şərtləri məni qane etmədi"
13:05 25 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev "İnter"i tərk edib.

Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, müqaviləsinin müddəti başa çatan futbolçu paytaxt klubu ilə yeni razılıq əldə edə bilməyib. O, açıqlamasında bunları bildirib: "Biz razılığa gələ bilmədik. Yeni rəhbərliyin təklif etdiyi müqavilənin şərtləri məni qane etmədi. Son yarım ildə, onsuz da, maliyyə problemlərindən əziyyət çəkən klubda çıxış edirdim.

Fikrimcə, mənim üçün çox iş görmüş klub qarşısında öz borcumu ödəyə bildim. Artıq özümə yeni klub axtaracağam. İstisna deyil ki, yeni klubum ölkə xaricində olsun. Türkiyəyə getmək variantım var. Özü də birinci divizion klubu deyil. Premyer Liqamızda da qala bilərəm. Tələsməyəcəyəm. Düşünüb, düzgün qərar qəbul etmək üçün kifayət qədər vaxtım var".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR