Nazir devalvasiyadan danışdı: "İnanmıram ki..."

Nazir devalvasiyadan danışdı: "İnanmıram ki..."
13:12 25 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Manatın devalvasiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə heç bir təsir göstərməyib.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, nazirlik xaricdən heç bir mal idxal etmir və satmır: "Buna görə də inanmıram ki, hansısa tədbirin keçirilməsi ilə əlaqədar qiymət artımı ilə rastlaşaq".

Nazir əlavə edib ki, bütün tədbirlər üçün büdcə nəzərdə tutulub və həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR