“Report” İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinə istinadən xəbər verir ki, süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol verən şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən "üzən məzənnə" rejiminə keçirdlə bağlı qərar qəbul edib.