Süni qiymət artımı və məqsədli mal qıtlığının qarşısının alınması üçün Tədbirlər Planı hazırlanır

Süni qiymət artımı və məqsədli mal qıtlığının qarşısının alınması üçün Tədbirlər Planı hazırlanır
13:43 25 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suni_qiymet_artimi_ve_meqsedli_mal_qitliginin_qarsisinin_alinmasi_uchun_Tedbirler_Plani_hazirlanir-914287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR