“Gəncə” regional elektrik şəbəkəsi yenidən qurulur

15:23 25 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
“Gəncə” Regional Elektrik Şəbəkəsi Müəssisəsi üzrə təmir işləri həyata keçirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, müəssisə üzrə 110/35/10 kilovoltluq “Gəncə-2” yarımstansiyası fəaliyyətini gücləndirib. Qurğu və avadanlıq təftiş olunub, yüksək gərginlikli elektrik verilişi xətlərinə baxış keçirilib və aşkar olunan qüsurlar aradan qaldırılıb. Təftiş və yoxlamalardan sonra yarımstansiyada 10 eleqaz açarı və 9 dəst cərəyan transformatoru quraşdırılıb, on bir hava xəttinə mühafizə panelləri quraşdırılıb.
Hazırda müəssisədə yenidənqurma işləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR