"Qədirxanımın yanına gedənə kimi güləcəm" - Afaq oğlundan danışdı

"Qədirxanımın yanına gedənə kimi güləcəm" -  Afaq oğlundan danışdı
17:26 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı Afaq Gəncəli oğlu Qədirxanı itirdikdən sonra ilk dəfə efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, "Zərif qəhrəman" verilişinin qonağı olan aparıcı övladından, keçirdiyi ağır günlərdən danışıb:

"Hər dəfə bu verilişi izləyəndə xanımların fərqli taleyini görürdüm. Fikirləşirdim ki, görəsən mən bu verilişin qonağı olsam, nədən danışaram? Hər şeyin zamanı, vaxtı var imiş. İndi başqa bir xanım mənim açıqlamama baxıb, taleyimi dinləyəcək.
 
Hər şey 2014-cü ilin avqustundan başladı. Atam rəhmətə getmişdi, 40-ı çıxdı. Düz 40 gündən sonra anamla, övladımı dincəlmək üçün istirahətə gönmdərdim. İstirahət edərkən zəng vurdu ki, Qədirxanın yerişi xoşuma gəlmir. Gəzmək istəmir, yatır. Dedim, gətir Bakıya.

Gördüm ki, Qədirxan yerişini itirib. Bir ayağı sözünə baxmırdı. Yeriyən kimi yıxılırdı. Apardım həkimə. Nəticələri görəndə dedilər ki, beyin onurğasında şiş var. Hər bir ana kimi mən də inanmadım. Dedim yalandı, belə ola bilməz. Hər gün vəziyyəti pisləşirdi. Ləngitmədim, bütün həkimlərə göstərdim. Biri dedi, təbiidir, digəri dedi, qorxuludur. Gözləmədim, İzmirə apardım. Eyni sözlər təsdiqləndi. Dedilər, dərhal əməliyyat olunmalıdı. Amma şişin xoş və ya bədxassəli olduğu əməliyyatdan sonra bilinəcəkdi. Əkib baxacaqdılar.
 
Çox böyük məbləğ dedilər. Mən hazır deyildim, bunu gözləmirdim. Düşünürdüm, əməliyyatlıq yox, müalicəlikdir. Cərrah 1 gündən sonra Amerikaya uçmalı idi. 1 gün vaxtı var idi. Deyilən məbləği tapmağa vaxtım da yox idi. Tanımadığım bir adam səhər saat 6-da mənə göndərdi. Əməliyyat oldu, çox uzun çəkdi. Oğlum gözünü açan kimi, "Ana ayaqlarım hardadı”. Dedim, "yerindədir".
 
Hiss etmirdi. Dedim, "keçib gedəcək, narkozdandır". Uşaq yavaş-yavaş özünə gəldi, ayaqların hiss etmirdi. Şişin nəticəsi labaratoriyadan gələndən sonra ən böyük dərdim başladı. Cavab ürəkaçan deyildi. Xərçəng xəstəliyinin ən pis növü idi. Hər saniyə inkişaf edirdi. Başına vurmuşdu, biz onu kimyaterapiya ilə aradan qaldırırdıq. Mənə 5 ay vaxt vermişdilər. Həkim dedi ki, radioterapiya etmək lazımdır ki, 5 ay ömrünü uzadaq. Anaya bu sözü demək nədir, mənim üçün hər şey bitmişdi. Sonra o xəstəliklə mübarizə aparanları gördüm ki, illərdi yaşayırlar. Özümə təsəlli tapdım. Dedim, hər şey edəcəm ki, oğlum yaşasın. Anamla oğlumu Ankaraya köçürtdüm. Oğlum kimya və radioterapiya alırdı, ayaqlarını hiss etmirdi. Addımlayırdı, amma gücü yox idi.
 
Bakıdakı işimdən ayrıla bilmirdim, çünki müalicəni burdan qazandığımla qarşılayırdım. 5 ayı bacardığım qədər uzatdım 12 ay elədim".

"ANA, SƏN KƏDƏRLİ QALMA, HƏMİŞƏ GÜL"

A.Gəncəli oğlunun xəstəliyə baxmayaraq çox pozitiv olduğunu deyib:

"Bu qədər müalicə qarşısında Qədirxan başqa idi. Gülürdü... Ayda iki dəfə onun yanına gedirdim. İşimdən çox ayrı qala bilmirdim. Bütün müalicələrini edirdim, həkimlə danışırdım. O müddət ərzində mənim işləməyim, sanki, sərçənin qəfəsdə olub çırpınıb, yıxılıb təzədən ayağa qalmasına bənzəyirdi. Tanışlarım mənə deyirdi ki, bəs niyə bunu bizə demirdin? Düşünürdüm ki, uşaq mənimdir, bu dərd mənə aiddir. Bu mənim çiyinlərimdə daşınan yükdürsə, başqasına yükləyə bilmərəm. Orda həkimlərə deyirdi ki, "mənə xəstə deməyin, burada müalicə alıram, sağalıb Bakıya gedəcəm". Xərçəng xəstəsi olan uşaqlar sakit olur. Amma bu fərqli idi. Deyirdi, "Ana, sən kədərli qalma, həmişə gül". Fəxr edirdim oğlumla.

Mən güclü qadın deyiləm. Balama olan sevgi məni güclü etmişdi. Mən hələ də gedib-gələrdim. Yuxusuz gecələrim davam edərdi. Təki balam həyatda olardı. Sosial şəbəkədə yazırdılar ki, “Balanı atmısan, gedib veriliş aparırsan, arsız-arsız dayanmısan”. Bu mənə təsir etmirdi. Çünki balam üçün edirdim. Oğlumun sağlamlığı hər şeydən vacib idi".

"QƏDİRXAN 52 GÜN KOMADA QALDI"

Aparıcı oğlunun komaya düşdüyü anı xatırlayıb, göz yaşını saxlaya bilməyib:
 
"Oğlum gülərək komaya düşdü. Bacardığı qədər güldü, “nənə, başım...” dedi və yatdı. Düz 52 gün komada qaldı. Bədənin temperaturu 36,6-dan düşmədi, nə də qalxdı. Əllərini ovurdum, danışırdım, mahnı oxuyurdum ki, “Qədir, oyan”. Bilirdim məni eşidirdi. Nəfəsi düşmüşdü, çıxdım dərman almağa. Zəng vurdular ki, "Afaq, yetiş, nəfəsi gedir".
 
Özümü itirmişdim, əlini ovxalayırdım, yalvarırdım ki, "qalx". Nəfəs artmağa başladı. Həkim baxdı, dedi ki, "illərdir, müalicələr edirəm, bunu görməmişdim". Oğlum məndən güc aldı.

Qədirin uçub getməyi... Bilirəm ki, hardasa yanımdadır. Mən anlamıram ki, o, dünyasını dəyişib. Beynimə həkk etmişəm ki, Qədir hardasa məni gözləyir. Mən hələ o şəhərə getməyə bilet tapmıram. Ora hələ təyyarələr uçmur. Biletim yazılan kimi gedəcəm. Çox çətindir. Mən güclü deyiləm axı... Sevmirəm kimsə mənə acısın. O hissi qəbul edə bilmərəm. Mən hər şey edərdim...

Yaxınlarım bilir ki, 1 il 3 ayda səhər evdən çıxırdım, axşam Ankaradaydım, sabahı Moskvada idim. Bütün həkimləri gəzirdim. Deyirdim, "həkim tapmalıyam, Qədirə həkim tapmalıyam".

İsrail, İran, Moskva, Avstriya qalmadı, hər yerdən adamla danışırdım. İstədiyim qədərini etmədim. Əlimdən gələni etsəydim, oğlum sağ qalardı. Ayın 19-da Qədirlə Bakıya gələndə onun ürəyindən keçəni etdilər.
 
Deyirdi ki, "ana, mən Bakıya qayıdanda məni sinif yoldaşlarım, yazılarla, çiçəklərlə qarşılayacaq?". Deyirdim əlbəttə ki... Əfsuslar olsun ki, o toplum oldu, amma... Heç kimə deməmişdim, heç gözləmirdim. O qədər insan gəlmişdi ki, onu "qarşılamağa".

Həmişə deyirdi, mənim anam dünyanın ən gözəl anasıdır. Ankarada hamı məni tanıyırdı. Qədir videolarımı, fotolarımı hamıya göstərmişdi ki, Afaq Gəncəli onun anasıdır. Deyirdi, sənlə harasa çıxmaqdan xoşum gəlir.

Balama həkimlər iynə vuranda yalvarırdım ki, “incitməyin onu”. Bakıya Nərgizə (aparıcı Nərgiz Vahabqızı - red.) zəng vururdum ki, “mənə paxlava, şəkərbura tap”. Deyirdim, həkimə verim, balama yaxşı baxsınlar. Mən övladıma bacardığımı etdim. Komada olanda, deyirdim ki, “əl vurmayın, nəfəsi gedib gəlsin, bəsimdir”.

Bundan sonra da həminki Afaq olacam, güləcəm. Bəziləri məni arsız kimi qəbul edəcək. Amma övladım məni gülərüz ana kimi görmək istəyirdi. Onun yanına gedənə kimi güləcəm”.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

23 Sentyabr 2017 21:22

Bakıda 3 otaqlı evdə yanğın olub

23 Sentyabr 2017 21:20

Zəlzələ nəticəsində ölənlərin sayı 295-ə yüksəlib

23 Sentyabr 2017 21:08

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

23 Sentyabr 2017 21:03

59 yaşlı aşpaz 16 yaşlı qıza təcavüz etdi

23 Sentyabr 2017 20:52

Mətbuat Şurası mitinqdə monitorinq apardı

23 Sentyabr 2017 20:48

ABŞ-da iki polis zabiti güllələnib

23 Sentyabr 2017 20:47

DİQQƏT: bu qidalar kişilərdə sonsuzluğa səbəb olur

23 Sentyabr 2017 20:41

Daşla həmyerlisini öldürdü

23 Sentyabr 2017 20:39

DİN-in əməkdaşları mükafatlandırıldı

23 Sentyabr 2017 20:33

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32